image-1623541637_modern_az_1595456001_modern_az_meshur_112_162backend

Məşhur Məmmədov: “Xəritənin alınması Azərbaycanın beynəlxalq siyasətdəki uğurunun təzahürüdür”

image-reklam_sirab_01

Bu gün əslində Azərbaycanda – Bakı şəhərində keçirilən futbol bayramına yönəlmişdi bütün diqqət. Hamının əsas danışacaq mövzusu BOS-da keçirilən UEFA-nın futbol üzrə Avropa Çempionatının final mərhələsinə Azərbaycanın ilk dəfə ev sahibliyi etməsi idi. Lakin Xarici İşlər Nazirliyinin yaydığı xəbər bütün xalqımız üçün başlıca mövzuya çevrildi.

 

Veteninfo.az xəbər verir ki,bu sözləri Milli Məclisin deputatı Məşhur Məmmədov erməni əsirlərinin Ağdamın minalanmış ərazisinin xəritəsi ilə dəyişdirilməsinə münasibət bildirərkən qeyd edib. M.Məmmədov qeyd etdi ki, zatən cənab Prezident İlham Əliyevin on ölkənin Azərbaycana yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrinin qəbulu zamanı verdiyi “Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq” mesajı xalqımızı xoş xəbər gözləməsinə müjdə idi:

“XİN vasitəsilə məlumat aldıq ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib”.

Bu xəbər cari ildə Azərbaycanın əldə etdiyi ən böyük diplomatik nailiyyətlərdən biridir. Təsəvvür edilməsi belə dəhşətdir, 97 min mina… Bunları xəritəsiz təmizləmək neçə ilə və külli miqdarda vəsaitə başa gələrdi, insan təlafatı da qaçılmaz idi, – deyən deputat Azərbaycan Prezidentinin həmişəki kimi bu məsələdə də sərgilədiyi qətiyyətin, prinsipiallığın öz nəticəsini verdiyini qeyd etdi. “Ermənistan bizə bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək”, – deyən dövlət başçısının beynəlxalq iclaslarda, dünyanın nüfuzlu şəxsləri ilə görüşlərində səsləndirdiyi qətiyyətli ittihamları və bəyanatları öz bəhrəsini verdi.

Deputat Ağdamın mina xəritələrinin alınması ilə bağlı açıqlanan rəsmi xəbəri Vətən Müharibəsindən sonrakı dövrdə Azərbaycanın beynəlxalq siyasətdəki uğurunun təzahürü, Vətən Müharibəsindən sonra əldə olunan ilk diplomatik qələbə hesab etdiyini vurğuladı:
“Ermənistan yenidən Azərbaycanla hesablaşmağa məcbur oldu. Ermənistanın artıq Azərbaycanın diqtəsi ilə hərəkət etməkdən başqa bir çarəsi yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, bunu öz xoşları ilə etməsələr, məcburən etdirəcəyik”.

Məşhur Məmmədov sonda qeyd etdi ki, ABŞ Dövlət Departamentinin, eləcə də Avropa Birliyinin bu məsələdə fəal iştirak etməsi və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməyə razılaşmaq məcburiyyətində qalması məhz İlham Əliyevin strateji siyasətinin nəticəsidir. Cənab Prezident İlham Əliyev bu gün bir daha sübut etdi ki, nəyi nə zaman etməli olduğunu çox yaxşı bilir. Prezident İlham Əliyevin siyasi xətti, qətiyyəti, diplomatik danışıqları davam edir. Çünki qarşıda hələ çox qaytarılası xəritələr, görüləsi işlər var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki