image-reklam-veteninfo
image-1backend

Messi: “Komandamız həmişə daha çox şey istəyir”

image-reklam-veteninfo

Dünya Kubokuna hazırlıq mərhələsini qələbə ilə başa vuran dünya çempionu Argentina komandasının kapitanı, MLS çempionu İnter Mayami komandasının 38 yaşlı hücumçusu Lionel Messi Lionel Skaloninin rəhbərlik etdiyi komandaya nəzər salıb.

Dünya Kuboku başlamazdan əvvəl keçirilən son yoldaşlıq oyununda Argentina İslandiya millisini 3-0 hesabı ilə məğlub etdi .

“Komandamız yarı yolda dayanmır, həmişə daha çox şey istəyir. Bunu artıq bütün rəqiblərimizlə matçlarda sübut etmişik. Argentinanın qalib komandası var. Biz böyük həvəslə irəliləyirik”, – deyə Messi Tyc Sports-a bildirib.

Dünya Kubokunun qrup mərhələsində Argentinanın rəqibləri Əlcəzair, Avstriya və İordaniya olacaq.

2022-ci il Dünya Kubokunun finalında Argentina Fransa komandasını məğlub etdi (penaltilərdə 3:3, 4:2).




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki