PSJ futbol komandasının argentinalı hücumçusu Lionel Messi Fransa Birinci Liqasında ötən ayın oyunçusu seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, argentinalı futbolçu səslərin 57 %-ni qazanıb. Sentyabrda o, Fransa çempionatında üç oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.
Otuz beş yaşlı argentinalı cari mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 14 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.