Əfsanəvi argentinalı futbolçu və “İnter Mayami”nin hücumçusu Lionel Messi yeni futbol rekorduna imza atıb. O, karyerası ərzində 1300 effektiv hərəkəti (qol + məhsuldar ötürmə) tamamlayan ilk idmançı olub.
Vətəninfo.az xəbər verir ki, u nəticəyə o, MLS-in pley-off mərhələsinin 1/4 finalında “Sinsinnati” ilə keçirilən matçda (4:0) nail olub. Həmin qarşılaşmada Messi bir qol vurub və üç məhsuldar ötürmə edib.
Ümumilikdə, Messi 404 məhsuldar ötürmə və 896 qola imza ataraq 1300-lük rekordu gerçəkləşdirib.


























