image-368bc96c-bb4d-3bc2-bce4-c372623361a6_850backend

Metronun Rusiyadan aldığı 2 yeni qatar Bakıya çatıb

image-reklam_sirab_01

“Bakı Metropoliteni” QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı 2 yeni qatar Azərbaycan paytaxtına çatıb.

Bunu QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Ötən ay göndərilmiş 2 qatar (10 vaqon) artıq Nərimanov elektrik deposundadır. Müqavilə şərtlərinə uyğun olaraq, digər 2 qatarın da ilin sonuna qədər Azərbaycana gətirilməsi planlaşdırılır”, – o deyib.

Yeni qatarların Həzi Aslanov-Dərnəgül xəttinə buraxılması gözlənilir.

Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki