image-156810backend

“Milan” məşhur futbolçu ilə müqaviləni uzatdı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İtaliyanın ikinci çempionu “Milan” 26 yaşlı hollandiyalı yarımmüdafiəçi Tejan Reynderslə müqaviləni uzadıb. Yeni müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Reynders “Milan”a 2023-cü ildə Hollandiyanın “AZ Alkmaar” klubundan keçib.

Bu mövsüm o, 40 matçda iştirak edib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.

Transfermarkt Reyndersin transfer dəyərini 50 milyon avro qiymətləndirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image