image-31backend

Millət vəkili Ali Attestasiya Komissiyasını ettiham etdi

image-reklam_sirab_01
“Saxta dissertasiya işləri ilə bağlı bizə xeyli müraciətlər daxil olur”.
Bunu Milli Məclisin iclasında deputat Etibar Əliyev deyib.
O bildirib ki, Azərbaycanda dissertasiya işi işgəncə prosesinə bənzəyir.
Deputatın sözlərinə görə, Ali Attestasiya Komissiyasında xeyli dissertasiya işi var, ancaq onlar yığılıb qalıb və rəy verilməsi gecikir.
“Ali Attestasiya Komissiyası nifaq yuvasına çevrilib. Azərbaycanda təsdiq olunan dissertasiya işləri isə nə Avropaya, nə də ABŞ-a göndərilir. Onlar hamısı postsovet məkanına göndərilir”, – deyə deputat əlavə edib./oxu.az
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki