image-e792113b-ab15-4789-8243-a0c0cbd85da91621582548backend

Millət vəkili kəndlərdə qəbul keçirib

image-reklam_sirab_01

Deputat Novruz Aslanov mayın 20-də İsmayıllı rayonuna növbəti səfərini edib, rayonun İvanovka, Quşencə və Balik kəndlərində seçicilərini qəbul edib, problemləri ilə maraqlanıb.

Epidemioloji qaydalara uyğun olaraq keçirilən qəbula gələn sakinlər əsasən şəxsi məişət problemləri və sosial yönümlü məsələlərlə bağlı millət vəkilinə müraciətlər ediblər. Bir neçə məsələ yerindəcə həll edilib.

Quşencə kəndində keçirilən qəbulda kəndə təbii qaz və suyun verilməsi ilə bağlı məsələ deputatın diqqətinə çatdırılıb. Su məsələsi ilə bağlı millət vəkili “Azərsu” ASC ilə əlaqə saxlayıb və məsələ öz həllini tapıb. Təbii qazla bağlı əlaqədar quruma müraciətin ediləcəyi bildirilib. Həmçinin, deputat Quşencə kəndində fəaliyytət göstərən uşaq baxçasına baş çəkib, uşaqlara göstərilən xidmətlə tanış olub. Baxçaya müvafiq uşaq geyimlərinin, gigiyenik dəstlərin və digər zəruri yardımların edilməsini öz köməkçilərinə tapşırıb. Həmin yardımlar bu gün baxçaya təqdim olunub. Balik kəndində də seçicilər içməli su və təbii qaz problemi barədə deputata məlumat veriblər. Həmçinin kənd orta məktəbinin təmirinə ehtiyac olduğu bildirilib. İvanovka kəndində kolxozdakı vəziyyət müzakirə olunub, xüsusilə çətinliklər və nailiyyətlər barədə fikir mübadiləsi aparılıb.

Millət vəkili həlli vaxt tələb edən məsələlərlə bağlı əlaqədar qurumlara müraciətin ediləcəyini bildirib.

image-e792113b-ab15-4789-8243-a0c0cbd85da91621582548

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki