image-img_20210618_152200backend

Millət vəkili Könül Nurullayeva iyun ayı üçün nəzərdə tutulan növbəti vətəndaş qəbulunu keçirib.

image-reklam_sirab_01

Milli Məclis deputatı Bakı şəhəri Nizami rayonu sakinləri, eləcə də Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlarla Deputat Qərargahına birbaşa, telefon və rəsmi sosial şəbəkələr üzərindən daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkilinin Deputat Qərargahından verilən məlumata görə, həftə ərzində ümumilikdə 17 nəfərin müraciəti qeydə alınıb, 9 nəfərlə canlı keçirilən qəbul zamanı görüş baş tutub.

K. Nurullayevanın bildirdiyinə görə qəbul iştirakçılarını narahat edən başlıca məsələlər arasında məşğulluq, sosial təminat, şəhid ailələri və qazilər üçün nəzərdə tutulan sosial yardım, müxtəlif dövlət orqanlarından şikayətlər və sağlamlıq durumu ilə bağlı problemlər mühüm yer tutub.

Vətəndaşları narahat edən bu və digər məsələlər qeydiyyata götürülüb. Deputat Könül Nurullayeva vətəndaş müraciətlərini ən yaxın zamanda aidiyyatı üzrə müvafiq qurumlara ünvanlayacağını bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki