image-img-20210517-wa0040backend

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

image-reklam_sirab_01

Milli Məclisin deputatı K. Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinlərindən, eləcə də Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşlardan Deputat Qərargahına birbaşa, telefon və sosial şəbəkələr üzərindən daxil olan müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkilinin Deputat Qərargahından verilən məlumata görə, həftə ərzində ümumilikdə 26 müraciət daxil olmuş, 9 nəfər isə canlı qəbul zamanı dinlənilmişdir.

Millət vəkili rəsmi sosial media hesablarında qəbul iştirakçılarını ən çox narahat edən məsələlərə də aydınlıq gətirib. K. Nurullayevanın sözlərinə görə, qəbul iştirakçılarını narahat edən problemlər işlə təminat və məşğulluq, maddi yardımın edilməsi, binalarda təmir-tikinti və abadlıq məsələləri, eləcə də, sakinlərin səhhətində yaşanan problemlərlə bağlı müraciətlər kimi qruplaşdırılmışdır.

K. Nurullayeva Deputat Qərargahına şəhid ailələri və qazilərindən də mütəmadi müraciətlərin edildiyini bildirib. “Biz onların [şəhid və qazi ailələrinin] müraciətlərinə həssaslıqla yanaşır, onları narahat edən problemlərin ən tez zamanda həllini tapması üçün aidiyyatı qurumlara müraciətlərimizi ünvanlayırıq” deyə millət vəkili K. Nurullayeva rəsmi sosial media hesablarında vurğulayıb.

Bütün vətəndaşları narahat edən bu və digər məsələlər qeydiyyata alınıb. Deputat vətəndaş müraciətlərini tezliklə aidiyyatı üzrə müvafiq qurumlara göndərəcəyini də bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki