image-img-20210524-wa0011backend

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

image-reklam_sirab_01

Milli Məclisin deputatı K. Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinlərindən, eləcə də digər Azərbaycan vətəndaşlardan Deputat Qərargahına birbaşa, telefon və rəsmi sosial şəbəkələr üzərindən daxil olan müraciətlər əsnasında növbəti həftəlik vətəndaş qəbulunu keçirib. Millət vəkilinin Deputat Qərargahından verilən məlumata əsasən, həftə ərzində 39 müraciət qeydə alınmış, onlardan 7 nəfəri canlı keçirilən qəbul zamanı dinlənilmişdir.

Millət vəkili rəsmi sosial media hesablarında qəbul iştirakçılarını narahat edən başlıca məsələlərə də toxunub. K. Nurullayevanın sözlərinə görə, qəbul iştirakçılarını narahat edən problemlər pandemiya dönəmində məşğulluq, maddi yardımın edilməsi, binalarda abadlıq işlərinin aparılması, eləcə də, müxtəlif qurumlardan şikayətlər kimi dəyərləndirilmişdir.

Millət vəkili Deputat Qərargahına mütəmadi olaraq şəhid ailələri və qazilər tərəfindən müraciətlərin daxil olduğunu da deyib. “Onların problemlərinə incəliklə yanaşaraq, qısa zamanda həllində vəsilə olmağa çalışırıq” qeyd edən K. Nurullayeva qəbul iştirakçılarını və digər müraciətçi vətəndaşları narahat edən məsələləri də nəzarətə alıb. Deputat vətəndaş müraciətlərinin tezliklə aidiyyatı üzrə müvafiq qurumlara ünvanlanacağını da bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki