image-img_20210606_125151backend

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib.

image-reklam_sirab_01

Milli Məclisin deputatı K. Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinləri, eləcə də Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşları ilə Deputat Qərargahına birbaşa, telefon və rəsmi sosial şəbəkələr üzərindən daxil olan müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib.

Millət vəkilinin Deputat Qərargahından verilən məlumata görə, həftə ərzində ümumilikdə 24 müraciət daxil olmuş, 16 nəfər isə canlı qəbul zamanı dinlənilmişdir.

Millət vəkili rəsmi sosial media hesablarında qəbul iştirakçılarını ən çox narahat edən məsələlərə də aydınlıq gətirib. K. Nurullayeva bildirib ki, qəbul iştirakçılarını narahat edən başlıca məsələlər pandemiya dönəmində məşğulluq, maddi yardım, sosial təminat, pensiyaların ödənilməsində yaranan gecikmələr, həmçinin binaların təmiri, əmlak alqı-satqısı, sağlamlıq durumu və idmançıların üz-üzə gəldiyi problemlər kimi qiymətləndirilə bilər.

Vətəndaşları narahat edən bu və digər məsələlər qeydiyyata alınıb. Deputat K. Nurullayeva vətəndaş müraciətlərini ən yaxın zamanda aidiyyatı üzrə müvafiq qurumlara ünvanlayacağını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki