image-fb_img_1624300598377backend

Millət vəkili şəhid ailələri ilə görüşdü

image-reklam_sirab_01

“Qəhrəmanlıqları ilə dastan yazan, Vətənimizin bütövlüyü naminə canlarından keçmiş şəhidlərə borcumuz sonsuzdur. Onlara həm də ona görə borcluyuq ki, bizə gözəl, saf, ağıllı, vətənpərvər övladlar əmanət ediblər. Eyni zamanda, onları dünyaya gətirən, qəhrəman kimi yetişdirən və “Vətən sağ olsun!” deyib, öz balalarını Vətən yolunda qurban verən şəhidlərimizin ata-anaları qarşısında borcumuz var”.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri millət vəkili Ramin Məmmədov Sabirabad rayonunda 44 günlük 2-ci Vətın müharibəmizdə şəhid olan qəhramanların ailələri ilə görüşdə bildirib.

Müxbirimizlə.söhbətində millət vəkili qeyd edib ki,görüşün məqsədi şəhid ailələrinin dərdlərinə şərik olmaq, qayğılarına qalmaq, təsəlli verməkdir.

“Çünki bu insanlar VƏTƏN uğrunda övlad qurban veriblər.Bu məqsədlə SABİRABAD rayonu ərazisində yaşayan şəhid ailələri ilə növbəti görüşümüz baş tutdu. Söhbət etdik, çətinlikləri müzakirə etdik və artıq onların həlli istiqamətində əməlli addımlar atılır”.Ramin Məmmədov deyib ki,dəvətimi qəbul edərək, məsafə qət edib gününü mənimlə birlikdə keçirməyə sərf edən ata-anaların hər birinə təşəkkürümü bildirirəm.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki