image-1backend

Millətlər Liqası: İspaniya İsveçrəni darmadağın etdi

image-reklam_sirab_01

Millətlər Liqasının ikinci turunda Avropa çempionu İspaniya yığması İsveçrəni qəbul edib və 4:1 hesabı ilə qalib gəlib.

4-cü dəqiqədə İspaniya millisinin və Qətər “Əl Qarafa”sının hücumçusu Xoselu görüşün hesabı açıb. 13-cü dəqiqədə Fransa çempionu PSJ-nin yarımmüdafiəçisi Fabian Ruiz qonaqların ikinci qolunu vurub.

20-ci dəqiqədə İspaniya millisinin və Madridin “Atletiko”sunun müdafiəçisi Robin Le Norman meydandan qovulub.

41-ci dəqiqədə İsveçrə millisinin və Portuqaliya “Benfika”sının yarımmüdafiəçisi Zeki Amduni hesab fərqini yaradıb.

77-ci dəqiqədə Fabian Ruiz dubla, 80-ci dəqiqədə “Barselona”nın hücumçusu Ferran Torres hesabı 4:1-ə çatdırıb.

Dördüncü liqanın A qrupunda İspaniya 4 xalla 2-ci pillədə qərarlaşıb və daha əvvəl II turda serbləri 2:0 hesabı ilə məğlub edən lider Danimarkadan 2 xal geri qalır.

İsveçrə iki məğlubiyyətdən sonra sonuncu yerdədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image