Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Veteninfo.az-ın xəbərinə görə, qanun layihəsini parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edir.
Daha sonra isə məsələ ətrafında deputatlar çıxış edəcəklər.