“Burada hamımız danışdıq. Hər şeyi dedik. AZAL qiyməti endirəcəkmi? Yox, endirməyəcək”.
Vətəninfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən iclasında deyib.
“Özümüz deyirik, özümüz eşidirik. Benzin bizim, hər şey bizim. Dövlət də AZAL-a subsidiya verir. Amma xeyri yoxdur. Bəlkə, bununla bağlı müraciət hazırlayaq? Deputat yoldaşlarımın dediyi məsələ qalır havada. Allahın bir komandasını da saxlaya bilmədi. “Zirə” komandasını. Azərbaycanda elə ancaq “Qarabağ” komandası olmalıdır? Bir komandanı da saxlaya bilmirsən, qardaş? Təyyarə biletlərinin qiymətləri ilə bağlı məsələ həll olunmalıdır. Sahibə xanım, siz Milli Məclisin sədri kimi bu məsələyə qarışın”, – o vurğulayıb.