image-img-20211212-wa0002backend

Milli Məclisdə Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

image-reklam_sirab_01

Veteninfo az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki,dekabrın 12-də Azərbaycan dövlətciliyinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Milli Məclisin inzibati binasının foyesində ucaldılmış abidəsi qarşısında anım tədbiri keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli və sədr müavini Adil Əliyev Ulu öndərin abidəsi önünə əklil qoyaraq Ümummilli liderə dərin ehtiramlarını ifadə ediblər.
Sonra parlamentin komitə sədrləri, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev , İşlər İdarəsinin müdiri və parlament Aparat rəhbərinin müavini abidənin qarşısına qızıl güllər düzüb, Ulu öndərin xatirəsini yad edibər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki