Ötən ay Bakıda əsən güclü külək nəticəsində Milli Məclisin binasına dəymiş ziyan aradan qaldırılıb.
Vətəninfo.az-ın xəbərinə görə, artıq binanın qopan üzlükləri bərpa olunub.
Qeyd edək ki, noyabrın 10-da Bakıda əsən güclü külək nəticəsində parlamentin birinci binasının üst mərtəbələrinin üzlükləri qopmuşdu.