Milli Məclisin payız sessiyasının sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyi açıqlanıb.
Veteninfo.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında.
2. Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş).
3. “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi.
4. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi.
5. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi (birinci oxunuş).
6. “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş).
7. “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun layihəsi (birinci oxunuş).
8. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi.
9. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi.
10. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanunun layihəsi.
11. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında” qanunun layihəsi./Trend.az