image-3backend

Milli Məclisin Sədri: “Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uca zirvələri fəth edir”

image-reklam_sirab_01

“Təbii ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası və dirçəldilməsi, məcburi köçkünlərimizin öz dədə-baba torpaqlarına təhlükəsiz şəkildə qayıtması ilə yanaşı, ölkəmizdəki inkişaf dinamikasının qorunub saxlanılması, əhalinin sosial-müdafiəsinin və rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq mövqelərinin daha da genişləndirilməsi, təhlükəsizlik və sərhədlərimizin möhkəmləndirilməsi kimi vacib məsələlər də qarşıdakı dövrdə ölkəmizin əsas prioritetləri sırasında olacaqdır”.

Vətəninfo.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın rəsmi mətbuatda dərc olunmuş məqaləsində yer alıb.

“Bəli, bu gün Azərbaycan möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən uca zirvələri fəth edir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun cənab İlham Əliyev kimi görkəmli dövlət xadimi, qüdrətli, güclü, dünyada böyük nüfuza və hörmətə malik milli lideri var”, – deyə Sahibə Qafarova qeyd edib.

“Tam əminliklə söyləyə bilərik ki, dünya tarixində iz buraxmış böyük dövlət xadimlərinə xas olan liderlik bacarığı, səriştəli idarəçilik qabiliyyəti, qətiyyətlilik və prinsipiallıq, humanizm və digər yüksək keyfiyyətləri Azərbaycanın dövlət başçısında müşahidə edirik. O, 2003-cü ildə ali kürsüdə vəzifəsinin icrasına başlayanda “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” demişdi. Bu gün isə Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı öz Prezidenti ilə fəxr edir!”, – Milli Məclisin Sədri əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki