Veteninfo.az xəbər verir kiŞ, avqustun 5-də Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının yeni seçilmiş Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.
Tehranın Mehrabad Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini İslam Şurası Məclisinin sədr müavini Mütəfəkkir Azad, Azərbaycanın bu ölkədəki səfiri Bünyad Hüseynov qarşılayıblar.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın ölkənin bir sıra rəsmi şəxslərilə görüşləri də nəzərdə tutulub.