image-sahibebackend

Milli Məclisin sədri Sahibə Qafarova Polşanın ölkəmizdəki səfiri Rafal Poborski ilə görüşüb

image-reklam_sirab_01

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Veteninfo.az-a verilən xəbərdə deyilir ki,oktyabrın 5-də Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskini qəbul edib.

Parlamentin spikeri Polşanın Azərbaycan üçün dost ölkə olduğunu bildirərək, iki ölkə arasında siyasi sahədə olduğu kimi, iqtisadi və humanitar sahələrdə də geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. O,  ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini vurğulayıb.

Sahibə Qafarova ötən ay Polşa Senatının sədri Tomas Qrodzki ilə Avstriyanın paytaxtı Vyanada keçirdiyi görüşü xatırlayaraq, görüşdə bir çox məsələlər ətrafında müzakirələr aparıldığını bildirib. Qanunverici orqanlar arasında münasibətlərin mövcud səviyyəsindən danışan Milli Məclisin sədri dostluq qruplarının uğurlu fəaliyyətinin, qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini qeyd edib.

Görüşdə 44 günlük Vətən müharibəsindən və ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatdan sonra bölgədə yaranmış yeni reallıqlardan söz açan Sahibə Qafarova diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan öz gücü hesabına torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi. Ölkəmiz bununla da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi. Münaqişənin artıq tarixə çevrildiyini bildirən Milli Məclisin sədri ölkəmizin işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinə başladığını diqqətə çatdırıb. Spiker qeyd edib ki, Azərbaycan bölgədə daimi sülhün və sabitliyin təmin edilməsində maraqlıdır. Milli Məclisin sədri Ermənistanın hələ də təxribatlarını davam etdirdiyini və sabitliyə mane olduğunu vurğulayaraq, işğalçı ölkə tərəfindən törədilən təxribatlar haqqında məlumat verib.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki