image-downloadbackend

Milli qurtuluşumuz, sağlam gələcəyimizin ilk pillələrini təşkil edir

image-reklam_sirab_01

Azərbaycan, keşməkeşli tarixdən çıxıb, bu günlərə gəlib çatmış bir dövlət olaraq, öz təməlinin sağlamlığını, milli qurtuluşunu  əldə edərək yaradıb. Bu önəmli hadisənin baş rolu, ümumilli lider Heydər Əliyev olub. Onun siyasi təcrübəsi, bu günki uğurlarımızın başlanğıcını təşkil edir.

Heydər Əliyevin gəlişindən öncəki Azərbaycanın siyasi vəziyyətini əks etdirmək üçün, bu günki Ermənistanı nümunə göstərmək olar. Müxtəlif ərazilərdə baş qaldıran kiçik qüvvələr, daxili çaxnaşma, hakimiyyətdə olan şəxslərin təcrübəsizliyi, vəziyyəti gərginləşdirən başlıca amillər idi. Bütün bu saydıqlarımız, xalqın psixologiyasına da olduqca mənfi formada təsir edir, mənəvi birliyin üzərinə kölgə salırdı. Hakimiyyətdə dövlət idarəçiliyindən xəbərsiz insanların mövcud olması, dövlətin maddi bazasına da zərər vururdu. Talançılıq, öz nəticəsini, ölkəyə maddi zərər verməklə göstərirdi. Dövlətin günahsız şəxsləri öz istəklərinə uyğun olaraq həbs etməsi, və s. Kimi bir çox özbaşınalıqlar, o dövrdəki Azərbaycanı məhvə, fəlakətə doğru sürükləyirdi.

Lakin daha sonra, müxtəlif əngəllərə və mane olmağa çalışan qüvvələrin səylərinə baxmayaraq, Heydər Əliyev hakimiyyətə gəldi. Onun gəlişi ilə, Azərbaycan bu çətin vəziyyətdən xilas oldu, deyə bilərik. Elə buna görə də Heydər Əliyev, Azərbaycanın xilaskarı hesab olunur. Onun müdrik siyasəti, bu gün də öz nəticələrini göstərməyə davam edir.

Hal hazırda Ermənistana nəzər yetirdikdə, görürük ki vəziyyət olduqca gərgindir. Xalq üsyana qalxıb, idarəçilik olduqca pis haldadır və bir sözlə, dövlət fəlakətin astanasındadır. Heydər Əliyevin hakimiyyətə gəlişindən öncə də, Azərbaycan eyni ilə bu situasiyanı yaşayırdı. Buna görə də indiki Ermənistanı, Azərbaycanın keçmiş vəziyyəti ilə eyniləşdirmək mümkündür.

Hələ o dövrdə Azərbaycan bu günkü qədər güclü bir dövlət deyildi. Amma o qədər zəif bir dövlətdə deyildi. Azərbaycan xalqı isə dövlətini qorumaq üçün əlindən gələn hər şeyi edirdi. Bəlkə Azərbaycan xalqı da hələ o dövrdə o qədər güclü deyildi. Amma buna baxmayaraq acizlik göstərmirdi. Dik ayağda durmağa çalışırdı. Azərbaycan üçün vəziyyət iki qat çətin idi. Düşmənlə döyüşmək təhlükəsi bir, ikincisi həmin o düşmənin sənin  yaxın, dost bildiyin biri olması. Dostun insanı kürəyindən vurması çox acı bir hissdir. Dövlət bir insan kimidir. Necəki insan dost bildiyi bir insandan böyük zərbə alırsa, və güvəni sarsılarsa, dövlətdə eynən elə olur. Bəlkədə başına gələn bu hadisədən sonra insan çox çətin vəziyyətlər yaşıya bilər, zəifləyə bilər. Amma bizim dövlətimiz belə olmadı, tam tərsi başına gələn hadisədən böyük nəticə çıxartdı və çox güclü bir dövlətə çevrilmək üçün bütün gücünü, qüvvəsini birləşdirdi. Və ən əsası daha heç kimə, Hətta ən yaxın dosta güvənməməyi öyrəndi. Ermənistan çox amansız bir dövlət idi. Düşmənlərimizin gözünü nifrət hissi o qədər bürümüşdü ki, ən pis vəhşilikləri etməkdən belə çəkinmədilər. O qədər masum insanlara qarşı vəhşiliklər etdilər ki, günahsız yerə o qədər qanlar axıtdılar ki. Amma bir şeyi bilmirdilər Azərbaycan xalqı həmin o günahsız insanların qanını yerdə qoymayacaq, son nəfəslərinə qədər qisaslarını alacaqlar. Üstündən böyük bir zaman keçdi. Azərbaycan istədiyinə nail oldu. Çox güclü bir dövlətə çevrildi. Və neçə illər idi gözlədiyimiz o gün gəldi. İndi  illərdir unuda bilmədiyimiz, həsrətini çox çəkdiyimiz, uğruna minlərlə igid verdiyimiz o cənnət torpaqlarımızı geri qaytarmaq zamanı idi. Azərbaycan dövləti öz işini çox böyük ləyaqətlə yerinə yetirdi və Qələbə qazandı. Amma bu səfər bu Qələbədə gücü ilə yanaşı “Dəmir yumruq kimi birliyi” də onun böyük köməyi oldu. Artıq bu gün düşmənlərimizin vəziyyəti bizim neçə illər bundan qabaq yaşadığımız vəziyyətdən daha ağır oldu. Atalarımızın çox gözəl bir sözü: Nə tökərsən aşına, o da çıxar qaşığına. Bizim üçün nə düşünürdülərsə, həmin vəziyyətə özləri düşdülər. Hə illər öncə Azərbaycan düşmənlərimiz sayəsində dosta olan güvənini itirmişdi. Amma çox şükür Türkiyənin əsl dostluğu, qardaşlığı sayəsində o güvənini də geri qaytardı. Mən Azərbaycanımın böyük Qələbəsi sayəsində bir şey öyrəndim. Bu həyatda nə qədər çətinlik çəksəndə, elə bir gün gələcəkki sənə bütün o çətinlikləri unutduracaq. Və hər zaman pislik deyil, yaxşılıq qazanacaq!

 

Lakin hal hazırda, Azərbaycanın quruluşunun banisi olan Heydər Əliyevin siyasi irsi təcrübəsini davam etdirən Cənab prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində, xalqımız çiçəklənmə dövrünü yaşayır. 30 illik həsrətin sona çatması, sürətli şəkildə davam edən quruculuq işləri, və s. Kimi bir çox nümunə ilə bu siyahini uzatmaq mümkündür.

Ümumilli Lider Heydər Əliyevin söylədiyi kimi:” Azərbaycan bütün dünyaya günəş kimi doğacaq”. Bu ifadə, Azərbaycanın bu gününü təmsil edir və belə parlaq günlər gələcəkdə də davam edəcəkdir!

 

Azərbaycan Dillər Universitetinin tələbəsi – Əlixanlı Fatimə Elnur qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki