Masallı rayonu ərazisindəki mağazalardan birindən 8500 manat dəyərində pərdə və pərdə aksesuarlarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Vətəninfo.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Rüfət Bəhlulzadə və tanışları Kənan Mirzəyev, əvvəllər məhkum olunmuş Süleyman Qurbanov müəyyən edilərək saxlanılıblar.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar aparılır.