image-2backend

Mobil operatorun stansiyasından oğurluq edənlər tutuldu

image-reklam_sirab_01

Paytaxtın Nəsimi rayonunda yerləşən mobil operatorlardan birinin stansiyasından 8 ədəd şəbəkə qidalandırıcı akkumulyator, kondisioner və optik naqillər oğurlanıb.

Bu barədə Vətəninfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Alik Rəhimov və Roman Babayev Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla hər ikisinin əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki