“Liverpul”un ulduz futbolçusu Mohamed Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Vətəninfo.az xəbər verir ki, 33 yaşlı vingerin agenti “Al Ittihad” klubu ilə danışıqlar aparır. Tərəflər arasında ilkin təmasların baş tutduğu və mümkün transferin yay transfer pəncərəsində reallaşa biləcəyi bildirilir.
Qeyd olunur ki, Salah ötən illə müqayisədə Səudiyyə Ərəbistanına keçid variantına daha müsbət yanaşır. Bu amil transfer ehtimalını artıran əsas faktorlardan biri kimi qiymətləndirilir.
Hazırda tərəflər arasında danışıqların detalları açıqlanmasa da, prosesin yaxın aylarda daha da intensivləşəcəyi gözlənilir.


























