image-mayabackend

Moldova prezidenti BMT tribunasından rus qoşunlarının Pridnestroviedən çıxarılmasını tələb edib

image-reklam_sirab_01

Moldova prezidenti Maya Sandu BMT Baş Assambleyasının 77-ci sessiyasının plenar iclasında çıxış edərək Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasını tələb edib.

Vətəninfo.az xəbər verir ki,  “TASS”ın yaydığı məlumata görə,Moldova rəhbəri qeyd edib ki, onun ölkəsi sülh istəyir: “Hansı dildə danışmağımızdan, siyasi üstünlüklərimizdən və harada yaşadığımızdan asılı olmayaraq – Dnestrin sol və ya sağ sahilində sülh istəyən Moldova vətəndaşlarını təmsil edirəm”.

Respublika başçısının sözlərinə görə, Rusiya hərbçilərinin mövcudluğu Moldovanın neytral statusunu pozur və ölkənin təhlükəsizliyinə təhlükəni artırır. Sandu həmçinin Kolbasnadakı anbarlardakı sursatların bölgənin ekologiyası və təhlükəsizliyi üçün təhlükə yaratdığı üçün onların aradan qaldırılmasına çağırıb.

Xatırladaq ki, bir müddət əvvəl tanınmamış Pridnestroviya Moldova Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Vitali İqnatyev Moldovanın Pridnestroviedəki rus sülhməramlılarına siyasi təzyiq göstərdiyini bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki