image-moldovanin-jirnoviskisibackend

Moldovanın Jirnoviskisi qaqauzları hədəfə aldı-MUXTARİYYAT STATUSU LƏĞV EDİLSİN

image-reklam_sirab_01

Liberal Partiyasının keçmiş liderlərindən biri, Moldovadada ikinci Jirnoviski ləqəbi ilə tanınan  Anna Qutu Qaqauziyanı “Moldovada institutlaşmış beşinci kolon” ​​adlandırıb və onu muxtariyyət statusundan məhrum etməyə çağırıb.

Vətəninfo.az xəbər verir ki,bu barədə Moldovada yayımlanan infotag.md saytı məlumat yayıb.

Keçmiş deputat  Qaqauzların ölkə daxilində muxtariyyata layiq olmadıqlarını bildirməklə yanaşı,eyni zamanda qaqauz xalqını və onun liderlərinə qarşı sərt tənqid edib. O  qaqauz liderlərinin neçənci dəfə hər hansı sağlam düşüncə normalarını pozaraq, təkcə prezident institutunu deyil, həm də onları qəbul edən Moldova Respublikasını, onları ağa və benefisiar edən torpaqları ağır şəkildə təhqir etmələrinə qəzəblənib. bildirib.

Xüsusilə, Qutu dövlət başçısının qaqauzlarla və onların liderləri ilə “yoluxucu rus dilində” ünsiyyət qurmasından təəssüfləndiyini bildirib. Onun fikrincə, müstəqillik illərində qaqauzlar Moldova dövlətinin maraqlarına dəfələrlə xəyanət ediblər: “Beləliklə, konstitusiyaya zidd olan müvafiq qanunu ləğv etməklə qaqauz xalqının muxtariyyəti ləğv edilməlidir. Bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək lazımdır. Təəssüf ki, qaqauzlara muxtariyyət veriləndə separatizmin qarşısını almaq üçün Konstitusiyaya heç bir düzəliş edilmədi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki