image-reklam-veteninfo
image-images-1backend

Montelladan etiraf: “İlk hissədə fitə basılmağı haqq etdik”

image-reklam-veteninfo

Türkiyə millisinin baş məşqçisi Vincenzo Montella komandanın son oyundakı çıxışı ilə bağlı açıqlamalar verib.

Vətəninfo.az xəbər verir ki, italiyalı mütəxəssis milli komandanın üç gündən bir yüksək səviyyəli oyun keçirməyə hələ tam öyrəşmədiyini bildirib.

Montella deyib ki, komandanın oyuna yanaşması rəqibin səviyyəsinə uyğun olmayıb:

“Bir şey dəqiqdir ki, milli komanda olaraq üç gündən bir bu səviyyədə oyunlara alışıq deyilik. Buna görə də oyuna yanaşmamız rəqibimizin səviyyəsinə uyğun olmadı. Bu məni məyus edir. İlk hissədə fitə basılmağı haqq etdik”.

Baş məşqçi Barış Alper Yılmaz və Kerem Aktürkoğlunun fədakarlığını da xüsusi qeyd edib.

“Əlimdə olsaydı, Barış Alper Yılmaz və Kerem Aktürkoğlunun heykəllərini ucaldardım. Çünki uzun müddətdir öz mövqelərindən kənarda oynamalarına baxmayaraq, fədakarlıq edirlər və əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar”, – Montella bildirib.

İtaliyalı çalışdırıcı Türkiyə millisinin son illərdə keçdiyi yolu da xatırladıb:
“Bu komanda üç il əvvəl C Liqasında idi. Bu gün A Liqasındayıq. Bu liqada səviyyə fərqlidir. Üç gündən bir bu səviyyədə oynamaq asan deyil. Bu, bəhanə deyil. Ancaq öyrəşdiyimizdən fərqli bir səviyyədə oynayırıq. Bunu da vərdiş halına gətirməliyik”.

Montella Türkiyədə yerli hücumçularla bağlı da diqqətçəkən fikir səsləndirib:
 “Türkiyədə 2019-cu ildən etibarən öz klubunda davamlı oynayan və qol vuran türk hücumçu yoxdur”.
Baş məşqçi istefa məsələsinə də aydınlıq gətirib. Montella bu barədə “Belə bir gündəmimiz yoxdur” deyərək istefa vermək niyyətində olmadığını bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki