image-1backend

Moskvadan Bakıya gələn şəxs təyyarədə ÖLDÜ

image-reklam_sirab_01

Moskvadan Bakıya gələn təyyarədə sərnişin vəfat edib.

Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, hadisə saat 13:45-də yola düşən təyyarədə baş verib.

“Heydər Əliyev Adına Beynəlxalq Hava Limanı”ndan saytımıza verilən açıqlamada məlumat təsdiq edilib.

Sorğuya cavab olaraq bildirilib ki, “Utair” aviaşirkətinin Moskva-Bakı reysini yerinə yetirən təyyarəsində sərnişin dünyasını dəyişib.

“1949-cü il təvəllüdlü kişinin meyiti təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etdikdən sonra müvafiq qurum nümayəndələrinə təhvil verilib”, – məlumatda qeyd olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki