Cəlilabadda qardaşı arvadını qətlə yetirməkdə təqsirləndirilən Mehdi Həsənov barəsində ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İslam Neymanovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu il rayonun Qarakazımlı kəndində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Südabə Əlixan qızı Həsənova ürək nahiyəsindən bıçaqlanıb və xəstəxanaya çatdırılan zaman dünyasını dəyişib.
Bildirilir ki, hadisəyə mülk üstə düşən mübahisə səbəb olub.
S.Həsənova qaynı – 1976-ci il təvəllüdlü Mehdi Dədəxan oğlu Həsənov tərəfindən qətlə yetirilib.
Həmin vaxt M.Həsənov da bıçaq xəsarətləri alıb.
Mehdi Həsənov şübhəli şəxs qismində saxlanılıb.