image-turkan-bayramovabackend

Münaqişənin hüquqi müstəvisində həll olunmamasının səbəbi ikili standartlar və beynəlxalq riyakarlıqdır

image-reklam_sirab_01

Prezident İlham Əliyev sentyabr ayının 27-də Türkiyənin Anadolu agentliyinə verdiyi müsahibə hər kəsdə böyük maraq doğurub. Cənab Ali Baş Komandanımız müsahibədə müharibənin başlanması, gedişatı, sülh prosesi və regionun gələcəyi, Minsk qrupunun bu məsələdə rolu ilə bağlı fikirlərini bölüşüb. İlham Əliyev bildirib ki, heç bir şey öncədən planlaşdırılmamışdı, hər bir hadisə müharibənin gedişində baş verdi və hadisələrin cərəyanı fonunda arxa cəbhədəki xalqımızın, rəşadətli ordumuzun (Vətən uğrunda canlarından keçmiş şəhid və qazilər başda olmaqla) qardaş dövlətlər Türkiyənin, Pakistanın Ali Baş Komandanımız ətrafında dəmir yumruq kimi toplaşması, hər bir provokasiyaya rəğmən zəncirin bir halqasının belə qopmaması, möhkəmlik nümayiş etdirməsi möhtəşəm qələbəni qazanmağımıza səbəb oldu. Nə gözəl ki, həm mənəvi, həm maddi gücümüz sayəsində – buraya uzun illərdən bəri güclü hərbi hazırlıq, ən müasir ağır döyüş texnikası daxildir – biz öz əbədi-əzəli torpaqlarımıza qovuşduq. Prezident İlham Əliyev nəinki təkcə müharibənin xronologiyası haqqında danışıb, eləcə də, onların bizə qarşı elədiklərindən fərqli olaraq (buna Gəncəyə, Bərdəyə edilən raket hücumlarını, günahsız dinc əhaliyə divan tutmaqlarını misal göstərmək olar) şəxsən Ali Baş Komandanın xüsusi və sərt göstərişi əsasında ordumuzun qətiyyən bu təxribatlara uymadığını, ancaq xalqımıza yaraşan şəkildə, düzgünlüklə, mərdliklə, ön cəbhədə döyüşərək 28 il düşmən tapdağında qalan torpaqlarımızı geri aldığımızı söylədi. Ermənistanın isə müharibənin gedişində bir çox hərbi cinayətlərə qol qoymuş, namərdliklə dinc əhaliyə qarşı təxribat aparmış, üstəlik dünya ictimaiyyətinə öz etdikləri əməlləri biz edirmişik kimi qələmə verməyə çalışmışdır. Lakin həqiqətləri görməyə açıq olan hər kəs kimin haqlı, kimin haqsız olduğunu gördü. Daha sonra bundan sonra görüləcək işlərə toxunan prezident qeyd edib ki, Ermənistan sülh danışıqlarında iştirak etmək və qalib dövlət kimi bizim şərtlərimizə boyun əymək məcburiyyətindədir. İlham Əliyev qeyd edib ki, müharibədə faktiki olaraq uduzsa da bir növ “cığallıq” etmək istəyən Ermənistan Zəngəzur Dəhlizinin açılması da daxil olmaqla bəzi məsələlərin həllini gecikdirmək və problem yaratmaq istəyir. Lakin o istəsə də, istəməsə də, bizimlə razılaşmalı, şərtlərimizə əməl etməli və Dağlıq Qarabağı Azərbaycan kimi qəbul etməlidir. Həmçinin, artıq “Dağlıq Qarabağ” ifadəsinin düzgün olmadığını da qeyd edib. O qeyd edib ki, Dağlıq Qarabağ yoxdur, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ var.
Müsahibə gedişində müharibənin başlanması ilə bağlı suallara cavab verən cənab Prezident bildirib ki, biz uzun illər məsələni sülh yolu ilə həll etməyə çalışdıq. Dəfələrlə danışıqlar apardıq. Hamısı nəticəsiz qaldı. Bundan əlavə, bu məsələ ilə bağlı olan təşkilatlar- əsasən ATƏT-in Minsk qrupu da məsələnin müharibə olmadan həllinə dair heç bir addım atmadı. Ancaq müşahidəçi qismində çıxış etdilər. Amma nələrsə edə bilərdilər ki, müharibə olmasın. Həmçinin beynəlxalq təşkilatlar təcavüzçü Ermənistana sanksiya tətbiq etsəydilər, Ermənistan məcbur olub işğal etdiyi ərazini tərk edəcəkdi. Amma bu da olmadı. Qarşı tərəfin özü dəfələrlə aparılan sülh danışıqlarının gedişini iflic etdi. Belə olan halda müharibə necə başlanmaya bilərdi? Nəticədə nə oldu? Müharibə oldu və parlaq qələbə qazanıldı! Ermənistan isə acı məğlubiyyətə uğrayaraq “failed state”, yəni “məğlubiyyətə uğramış dövlət” statusu aldı. Biz o qədər mərd dövlətik ki, müharibədə qələbə qazanmağımıza baxmayaraq, sülh danışıqlarını da etdik və yenə də bölgədə sülhün olmasını istəyirik. Qarşı tərəf isə heç bir cəhd etmir, şərtləri yerinə yetirmir. Onlara kömək çıxan qüvvələr də həmçinin (buraya İran da daxildir. Onlar isə öz xislətlərinə sadiq qalaraq, çalışırlar Rusiya – Azərbaycan münasibətlərinə, eləcə də Azərbaycanın digər dövlətlərlə münasibətlərinə zərər vurmağa çalışırlar. Lakin yaxşı olardı ki, bunları etmək əvəzinə qoyulan şərtləri yerinə yetirib vəziyyəti daha da ağırlaşdırmasınlar.

Suraxanı Rayonunun fəal gənci Türkan Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki