Deputat Musa Quliyev Azərbaycanda fəaliyyət göstərən xarici investorları Məşgulluq Marafonuna qoşulmağa çağırıb.
Veteninfo.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında çıxış edən deputat ötən gündən etibarən marafonun başladığını vurulayıb:
“Marafonun məqsədi 44 günlük Vətən Müharibəsi qaziləri və şəhid ailələrinin məşğulluğunu təmin etməkdir. Hazırda Azərbaycanda büdcədən maliyyələşən 3700-dən çox təşkilat fəaliyyət göstərir. Bu müəssisələrdən hər biri ən azı 2-3 şəhid ailəsi üzvlərini və qaziləri işə götürərsə, biz bu missiyanı tamamlaya bilərik. Mən Azərbaycandakı sahibkarlara, Azərbaycan-Amerika ticarət palatasına, Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinə, özəl şirkətlərə müraciət edirəm. Biz bu missiyanı həyata keçirsək, dünyaya da bəyan edəcəyik ki, Azərbaycan dövləti, vətəndaşı şəhidinin, qazisinin yanındadır”.