image-reklam-veteninfo
image-1backend

Musiala Türkiyəyə gəlmir – “Qalatasaray” təkzib etdi

image-reklam-veteninfo

Türkiyənin “Qalatasaray” klubu Almaniya millisinin və “Bavariya”nın ulduz futbolçusu Camal Musiala ilə bağlı yayılan transfer iddialarına münasibət bildirib.

Vətəninfo.az xəbər verir ki, İstanbul təmsilçisi yayımladığı rəsmi açıqlamada futbolçu və “Bavariya” ilə razılıq əldə edildiyi barədə xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb.

“Camal Musiala və “Bavariya” ilə klubumuzun razılığa gəldiyi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Bunu ictimaiyyətin diqqətinə çatdırırıq”, – deyə açıqlamada bildirilib.

Bununla yanaşı, Sky nəşrinin məlumatına görə, Camal Musialanın “Bavariya”dan ayrılması gündəmdə deyil. Bildirilir ki, almaniyalı yarımmüdafiəçi 100 faiz Münhen klubunda qalacaq.

Mənbənin iddiasına əsasən, Musiala hazırda “Bavariya”nın ən yüksək maaş alan futbolçularından biridir. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir və 22 yaşlı ulduz yeni mövsümdə komanda ilə böyük uğurlar qazanmağı hədəfləyir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki