image-arzu-memmedlibackend

Müstəqilliyimizin böyük xilaskarı, qüdrətli Ali Baş Komandan

image-reklam_sirab_01

Bir il bundan əvvəl 27 sentyabr 2020-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və və yaşayış mənyəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində mülki şəxslər, hərbçilər həlak olmuşdur. Bu qanlı cinayətə cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olunmuşdur. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu və Xalqı Qələbə qazanmışdır. Bu qələbəni Xalqımın birliyi, Qəhrəman döyüşkən Ordumuz, Şəhidlərimiz, Qazi əsgərlərimiz və Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.

O insanlar qəhrəman olurlar ki, vaxtında düzgün qərarlar qəbul edirlər. Prezident İlham Əliyev qurduğu qüdrətli Azərbaycan ordusu ilə, rəşadətli Azərbaycan əsgər və zabitləri ilə Vətən müharibəsi tarixinə bir fateh kimi, Qarabağ fatehi kimi öz adını yaza bildi. Xalqının qəlbində özünün Qarabağ boyda abidəsini ucaltmağı bacardı. Yaralı Azərbaycan əsgərləri ilə görüşü zamanı Müzəffər Ali-Baş Komandanın onların çəkdiyi can acılarını öz canında necə daşıdığının şahidi olduq. Qazilərimizlə söhbət əsnasında müqəddəs şəhidlərimizi elə kövrək hisslərlə xatırlayıb, onlara Allahdan rəhmət dilədi ki, hamını kövrəltdi. Gördük ki, hər bir əsgərlə əsl döyüş yoldaşı, bir ata, qayğıkeş bir qardaş kimi davranan Prezidentimiz, Ali-Baş Komandanımız var. Əsgər hiss etdi ki, onun, hər bir dərdini etibar edə biləcəyi dağ qədər əzəmətli, olduqca sədaqətli bir dayağı var.

Bu gün Cənab Prezidentimiz İlham Əliyev Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıran zaman Azərbaycan xalqının qəhrəmanlığını dilə gətirdi. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, bizim şəhərlərimizi ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Ancaq Azərbaycan vətəndaşı öz torpaqlarından bir addım geri atmayıb. Bu Zəfər idi. Tarixin, ədalətin, mədəniyyətin, Azərbaycan xalqının və onun müzəffər Ali-Baş komandanının Zəfəri. Elə buna görə də sentyabrın 27 də ölkəmizin işğalçıya qarşı əks-hücum əməliyyatı tam qələbə və düşmənin kapitulyasiyası ilə yekunlaşdı. Bununla da Azərbaycan bu savaşda parlaq qələbə qazandı, işğal altındakı torpaqlarımızı düşməndən xilas etdi. Ordumuz düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, qələbə uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə son nəticəyə qədər döyüşdü.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 27 sentyabr Anım Günü ilə əlaqədar xalqa etdiyi müraciət zamanı bildirdi ki, müharibə ərəfəsində dəfələrlə müraciət edərək demişəm ki, heç kəs bizi dayandıra bilməz. Biz ədalət, qürur və ləyaqət savaşına çıxmışıq. Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq. Öldü var, döndü yoxdu. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq. Bir addım da geri getmədik. Baxmayaraq ki, düşmən müdafiə istehkamı qurmuşdu. Biz o istehkamları qətiyyətlə məhv etdik.

Biz əsgər və zabitlərimizlə fəxr edirik. Bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır. Biz Zəfəri döyüş meydanında qazandıq. Azərbaycan Ordusu Şəhidlərin qanını aldı. Onların qisası döyüş meydanında alındı. Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Bu birlik var olduqca üç rəngli bayrağımız daima yüksəklərdə dalğalanacaq, ölkəmiz neçə-neçə uğurlara imza atacaq.

Müzəffər Ali-Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tarixi zəfərə imza atmaqla təkcə işğal altındakı torpaqlarımızı azad etmədi, eyni zamanda regionu, o cümlədən, dünyanı beynəlxalq terror və faşizm təhlükəsindən, murdar dünya erməniçiliyindən xilas etdi. Məscidlərimiz dağıdılıb və təhqir edilib. Torpaqlarımız talan edilib. Bu gün azad edilmiş torpaqlarımıza gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür.

Cənab Prezident xalqa müraciəti zamanı bildirdi ki, əgər bir daha erməni vəhşiliyi baş qaldırarsa unutmasınlar ki, Dəmir Yumruq yerindədir.

Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm Azərbaycanın qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır. Artıq şübhə yoxdur ki, Azərbaycan dövləti bütün rayonları, eləcə də gözəl və füsünkar Qarabağı tamamilə bərpa edərək, orada vətəndaşlarımızın normal həyatı üçün şərait yaradacaq.

Bəli, Azərbaycan üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Dövlətimizin başçısı əmindir ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə nümayiş etdirəcək. Azərbaycan xalqı yenə də birləşərək, dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni əzmlə edəcəkdir.

Qarabağ Azərbaycanındır şüarını artıq bütün dünya bildi! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Suraxanı rayonunun fəal gənci, Arzu Məmmədli

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki