image-canli-kitab-2-900x600backend

Nar”ın dəstəyilə ölkənin ən böyük Azərbaycan dilli audiokitab toplusu yaradılır

image-reklam_sirab_01

“Nar” ölkənin ən böyük səsli ədəbiyyat kitabxanasını yaratmaq məqsədilə “Canlı kitab” sosial layihəsini davam etdirir. “Radio Antenn” 101 FM-lə birgə hazırlanan layihə çərçivəsində Azərbaycan və dünya ədəbiyyatından seçmə nümunələr “YouTube” platformasında cəmləşdiriləcək. Qeyd edək ki, “Canlı kitab” layihəsi çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından seçilmiş 135 əsər ana dilimizdə audiokitablar şəklində artıq “YouTube” səhifəsində yerləşdirilib. Yüksəksürətli “Nar” mobil interneti vasitəsilə istənilən yerdən onlayn kitabxanadan rahatlıqda istifadə etmək olar.

Layihə həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101 FM dalğasında, eyni zamanda radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook” səhifələrində canlı yayımlanacaq, daha sonra antenn.az və “YouTube” səhifəsində yerləşdiriləcək.

Qeyd edək ki, “Canlı Kitab” layihəsi həmçinin görmə qabiliyyəti məhdud olan insanların da dünyasına işıq salır. Belə ki, layihə çərçivəsində əsərlərin toplandığı elektron daşıyıcıların görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlara paylanması nəzərdə tutulur.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki