Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində evlərdən birindən ümumilikdə 20.000 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Vətəninfo.az-a DİN-ə istinadən xəbər verir ki, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş N.Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.