image-2backend

Narkotikin təsir altında maşın idarə edən sürücü saxlanıldı

image-reklam_sirab_01

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib və başqalarına zərər vurmadan hərəkətdən kənarlaşdırılıb.

Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılan “Volkswagen” markalı, 10-HA-303 dövlət qeydiyyat nişanlı avtomobil idarənin əməkdaşları tərəfindən Lökbatan dairəsi yaxınlığında saxlanılıb.

Sənədlərin yoxlanılması zaman sürücü A.Əsgərovun hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

Müayinə zamanı A.Əsgərovun narkotik maddə qəbul etməsi aşkarlandığından barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki