Xəzər rayonunda polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Əli Ağayevi saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, o, narkotikləri satmaq məqsədi ilə Qala qəsəbəsində yerləşən mərasim evində gizlədib.
Şəxsin üzərindən 4 kiloqram 715 qram tərkibində psixotrop maddələr olan qurudulmuş marixuana götürülüb. Ə.Ağayev əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.
Ə.Ağayev barəsində Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.