“Türkiyənin hər yerində erməni bayrağı var. Türkiyədə çəkdiyim bu şəkil iki ölkə arasındakı qarşılıqlı əlaqələr haqqında çox şey deyir. Türkiyə və Azərbaycan bayraqlarının yanında duran Ermənistan bayrağı münasibətlərdə balans və tolerantlığın vacibliyini ifadə edir”.
Vətəninfo.az xəbər verir ki,bu açıqlama ilə erməni jurnalist Nataly Aleksanyan çıxış Edib.
Qardaş Türkiyədə müxtəlif məkanlarda Azərbaycan-Türkiyə və Erməniatan bayraqlarənı eyni yerdə olduğunu çəkən Nataly Aleksanyan bunu bölgədə yeni yanaşmalara olan münasibət kimi dəyərləndirib: “ Bu onu göstərir ki, Türkiyə qonşu ölkə kimi tarixi və siyasi mürəkkəbliklərdən asılı olmayaraq ortaq müzakirə və ünsiyyət yollarını vurğulamağa çalışır. Bu kimi epizodlar vacibdir, çünki mövcud fikir ayrılıqlarına baxmayaraq nə qədər dözümlü ola biləcəyini göstərirlər”.
Nataly Aleksanyan belə bir mənzərənin ölkəsində,yəni Ermənistan da olma ehtimalına isə bu cür münasibət bildirib:
“Əgər bu cür addımlar ölkəmizdə təxribat və ya gərginlik səbəbi kimi qiymətləndirilirsə, bu yanaşmanın regional sülhə və dialoqa kömək edib-etmədiyini soruşmaq olarmı?”.
Jurnalist vurğulayıb ki, Türkiyə tərəfinin Ermənistan bayrağını təmsil etməsi regionda hörmətdən və dialoq qapısının açılmasından xəbər verir ki, bu da gələcəyə doğru bir addım kimi qiymətləndirilməlidir.
Vətəninfo.az