image-elincecay_xanegahi_naxcivanbackend

Naxçıvan böyük turizm potensialına malikdir

image-reklam_sirab_01

 

Hər hansı bir ölkənin turizm potensialından danışdıqda ilk növbədə tarixi-mədəni irs ön plana çəkilir. Bu baxımdan Naxçıvan tarixinin min illərlə ölçülməsi və onun qədimiliyi, ərazidə dünya memarlığının incisi hesab oluna biləcək tarixi memarlıq abidələrinin və zəngin mədəni irsin mövcud olması xarici turistlərdə böyük maraq oyadır. Nuh peyğəmbərin məzarüstü türbəsi, Möminə Xatın və Yusif Küseyir oğlu türbələri, Naxçıvanqala abidəsi, Qarabağlar Memarlıq Kompleksi, “Xanəgah” Abidə Kompleksi, adı Nuh peyğəmbərin gəmisi ilə əlaqələndirilən Gəmiqaya ərazisindəki qayaüstü rəsmlər, əfsanəvi Haçadağ, abidələrlə zəngin olan “Ordubad” Tarix-Memarlıq Qoruğu, haqqında müqəddəs Qurani-Kərimdə bəhs edilən “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, 5000 ildən çox yaşı olan Naxçıvan şəhər mədəniyyəti, qədim tikililər, qalalar, yaşayış yerləri və nekropollar, xalq sənətkarlarının günümüzə qədər qorunub saxlanılmış sənətkarlıq nümunələri və s. turistlər üçün cəlbedicidir. Buraya Naxçıvan diyarının zəngin folklorunu, musiqi və təsviri sənətini, ədəbiyyatını və s. əlavə etsək, tarixi-mədəni turizmin inkişaf etdirilməsi üçün necə böyük imkanlara malik olduğunu aydın görmək olar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən 700-ə yaxını dünya və ölkə əhəmiyyətli abidə olmaqla, ümumilikdə 1200-dən çox daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır. Daşınar tarix-mədəniyyət abidələrinin qorunub saxlanıldığı muzeylər turistlər üçün böyük maraq kəsb edir. Naxçıvan Muxtar Respublikasında 30 muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Naxçıvan ərazisində bəşəriyyətin bütünlüklə qəbul etdiyi Nuh peyğəmbərin qəbrinin olması, “Əshabi-Kəhf” ziyarətgahının yerləşməsi turistləri cəlb edən əsas amillərdəndir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi də onun zəngin tarixə və mədəniyyətə malik olmasından qaynaqlanır.

O Azərbaycan Respublikasının əsas ərazisindən başqa bir dövlətin ensiz zolağı ilə ayrı salınan şəhərdi.  Müasir Naxçıvan qədim Azərbaycanın və bütün türk dünyasının çiçəklənən bir guşəsidir. Bura dağlıq məkandır – muxtar respublika ərazisinin 30 faizindən çoxu dəniz səviyyəsindən 600-1000 metr yüksəkdə yerləşir. Cənab Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsindən  Naxçıvan güclü  turizm potensialına malikdir. Burada görülən işlər gələcəkdə davam edəcəkdir. Muxtar Respublikada mərmər, daş duz, əhəng, gips yataqları, sirab, badamlı, vayxır kimi nadir mineral sularla zəngindir. Burada yeraltı sular ümumiyyətlə boldur, ona görə də tarixən bölgədə kəhrizlərin – öz icrasına görə nadir yeraltı su tunellərinin tikintisi yüksək səviyyəyə çatmışdır. Yerin üstündən kəhrizə pillələrlə enirlər, elələri də var ki, onunla suyu sadəcə yerin səthinə çıxarırlar. Kəhriz ustaları öz peşə məharətlərini zəmanəmizə qədər qoruyub saxlayıblar. Bütün bölgədə qədim şəhərlərin çoxlu sayda xarabalıqları, bürclər, qalalar, məqbərələr qalmışdır. Bu diyar öz təbii sərvətləri kimi, strateji əhəmiyyətinə görə də işğalçılar üçün həmişə cəlbedici olmuşdur. Naxçıvan Muxtar Respublikası özünün sağlam iqlimi, müalicəvi mədən suları və zəngin dərman bitkiləri ilə seçilir. Naxçıvan dünyanın Azərbaycanlılara məxsus ən qədim şəhəridir. Azərbaycan xalqı bu torpaqlarda qədim və zəngin mədəniyyətini yaratmışdı. Eyni zamanda Naxçıvan dünyanın ən qədim mərkəzlərindən biri hesab edilir. Bu ərazilərdə Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi təşəkkül tapmışdı. Zəngin təbii ehtiyatlara malik Naxçıvan Muxtar Respublikası özünün təbii-müalicəvi obyektləri ilə məşhurdur. Minlərlə insan burada şəfa tapır. Badamlı mineral suyu ilə mədə-bağırsaq sisteminin xəstəlikləri müalicə olunur: xroniki qastrit, xroniki qepato-xolecistit, öd-daş xəstəlikləri, xroniki entoroklit, xroniki mədə xorası, xroniki pankreatit. Məşhur  Duzdağ sanatoriyası burada yerləşir.

Duzdağ  tək astmanın yox, həm də allergik xəstəliklərin ən yaxşı müalicə mərkəzi sayılır.  Duzdağ dünyada bronxial astmanın müalicəsində ən yüksək effektivlik göstərmişdi. Sanatoriy uzun illər duz hasilatı məkanı olan Duzlu dağın dərinliyində yerləşir. Sanatoriyanın yaxınlığında  5-ulduzlu otel tikilib. Burada xəstələrin və onları müşaiyət edənlərin bütün tələb və istəkləri nəzəra alınıb. Sanatoriya və otel – vahid müalicəvi-sağlamlıq mərkəzidir, həm sanatoriyada, həm oteldə pasiyentlərə fizioterapiyanın bütün növləri təqdim edilir, bu isə aparılan müalicənin effektivliyini dəfələrlə artırır. Sanatoriyanın yanında müasir otelin inşasi tibb ilə turizm əməkdaşlığının parlaq nümunəsidir. Bu gün Duzdağ  müalicə sahəsində çoxillik statistikaya malik və qarantiya olunmuş yuksək səviyyədə tibbi xidmət göstərən turistik obyektdir.

Alıyev Fariz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki