image-download-1backend

Naxçıvan Muxtar Respublikası bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olub.

image-reklam_sirab_01

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan görkəmli dövlət və hərb xadimlərinin, böyük şəxsiyyətlərin vətənidir. XX əsrdə bu torpaq dünyaya şəxsiyyətlərin fövqündə dayanan Heydər Əliyev kimi dahi bir siyasətçi bəxş etmişdir. Təkcə qədim Naxçıvan deyil, ümumilikdə, Azərbaycan nail olduğu sürətli yüksəlişə, daha dəqiq ifadə etsək, bugünkü varlığına görə məhz dahi rəhbər Heydər Əliyevə borcludur. Müstəqilliyimizin ilk illərində ölkəni bürüyən xaos və anarxiya, iqtisadiyyatın iflic vəziyyətə düşməsi, ayrı-ayrı bölgələrdə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr yenidən qazanılan müstəqilliyin əbədi olacağını şübhə altına almışdı. Ümummilli liderimizin Moskvadan Naxçıvana qayıdışı, buradakı fəaliyyəti dövründə həyata keçirdiyi tədbirlər o illəri yaşayanların indi də yaddaşlarındadır. Ulu öndərin Naxçıvana qayıtması ilə Azərbaycan tarixinin yeni Heydər Əliyev dövrü və dövlət müstəqilliyinin əbədiliyinin təmin edilməsi mərhələsi başlandı.

Görkəmli dövlət xadiminin Naxçıvanda siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. O dövrdə Azərbaycanda cərəyan edən hadisələrdən fərqli olaraq Naxçıvan ümummilli liderimizin rəhbərliyi altında dövlət müstəqilliyinin bərpası uğrunda mübarizənin mühüm siyasi mərkəzinə çevrilmişdi.

May ayının 10-da Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri edərək son vaxtlarda Muxtar Respubılikada görülən işlər, həyata keçirilən layihələrlə tanış olub və səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Cənab Prezindentin bu səfər onun Naxçıvana son 18 ildə sayca 15-ci səfəri idi. Ölkə başçısı hər səfərində olduğu kimi, bu dəfəki səfərdə də mühüm infrastruktur obyektlərinin açılışını həyata keçirdi.Naxçıvan Muxtar Respublikası ölkə başçısının diqqət və qayğısı nəticəsində iqtisadi artım templərinə görə Azərbaycanın ən öndə gedən bölgələrindən biridir Naxçıvan Muxtar Respublikasında iqtisadi artımla yanaşı, infrastruktur layihələri də uğurla icra edilir. Naxçıvanda daxili məxsulda xeyli artmışdı.Vaxtilə Naxçıvanda elektrik enerjisi yox idi, Ermənistan Muxtar Respublikaya gələn bütün enerji xətlərini kəsmişdi. Ermənilər bununla muxtar respublikanı blokadaya salmağa cəhd edərək, vəziyyəti daha da ağırlaşdırırdılar. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində bu gün Naxçıvan hər şeylə tam təchiz olunub və muxtar respublikada elektrik enerjisi ilə təchizat, habelə qazlaşdırma 100 faizdir.Naxçıvan  ölkə başçısı tərəfindən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin də açılışı oldu. Bundan başqa, vətəndaşlara xidmət sahəsində əsas yer tutan, dünyada bu sahədə Azərbaycan brendi olan və hazırda tikilməkdə olan 7 “ASAN xidmət” mərkəzindən biri hazırda Naxçıvanda tikilir. Bununla da ölkəmizdə “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq. Habelə yeni uçuş-enmə zolağının istifadəyə verilməsi də muxtar respublikada turizmin inkişafına böyük təkan verəcək”. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu öz döyüş hazırlığını yüksək səviyyədə qoruyur, qarşıya qoyulmuş əsas vəzifələrin öhdəsindən layiqincə gəlir. Belə ki, Vətən müharibəsində Naxçıvan Ordusunun hərbçiləri də çox böyük şücaət göstərdilər, habelə uğurlu Günnüt əməliyyatı ordunun tam hazır olmasını bir daha sübut etdi. ular, onların ailə üzvlərinin qayğıları daim diqqət mərkəzində saxlanılmış, onların məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bütün addımlar atılmışdır. Ölkə başçısı tərəfindən muxtar respublikada hərbi hospitalın açılışı da bu qəbildən əlamətdar hadisədir. Bu da onu göstərir ki Naxçıvan Muxtar Respublikası bundan sonra da inkişaf edəcək və Azərbaycanın dilbər guşəsi olaraq daha da gözəlləşəcək”.

Bəhruz Xudiyev

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki