image-1backend

Naxçıvanda erkən nikaha növbəti cəhdin qarşısı alınıb

image-reklam_sirab_01

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, sonuncu dəfə də Şərur rayonunda erkən nikaha cəhd edilib.

Belə ki, Şərur rayon Yuxarı Aralıq kənd sakini 2 avqust 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan N.T-nin (ad və soyad şərtidir) 25 aprel 1996-cı il təvəllüdlü Şərur rayon İbadulla kənd sakini F.N. (ad və soyad şərtidir) ilə 2024-cü il 11-13 oktyabr tarixlərində toy mərasimlərinin keçiriləcəyi məlumatı əldə edilib.

Həmin məlumat əsasında 2024-cü il 7 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb. Beləliklə də aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən nikahın qarşısı alınıb.

Bildirilir ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən nikah hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq.
Vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image