image-39backend

Nazir müavini: “Ermənilərin məhv etdiyi Topxana meşəsi bərpa olunacaq”

image-reklam_sirab_01

“İşğaldan azad olunan ərazilərdə yerləşən və vaxtilə ermənilər tərəfindən məhv edilən Topxana meşəsi bərpa ediləcək”.

Veteninfo.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, bunun üçün ərazidə təhlükəsizlik tədbirləri görülməlidir: “Məhşur Topxana meşəsi o vaxt ermənilər tərəfindən qırılaraq daşınmaqla yanaşı, əraziyə fosforlu mərmilər atılaraq yanğınlar törədilib. Həmin ərazilər minalardan təmizlənəndən, təhlükəsizlik təmin olunduqdan sonra qeyd olunan meşələrin bərpasına başlanacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki