image-2021-05-19-as-6backend

Nərimanov Rayon İcra Hakimiyyətində  rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir.

image-reklam_sirab_01

19 may 2021-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir.

Tədbirdə Respublika Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İH-nin müavinləri, Rayon Ağsaqqallar Şurasının üzvləri və ağsaqqallar iştirak etmişlər. İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi dərin ehtiramla yad edilmişdir.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqları və tədbir iştirakçılarını salamladıqan sonra uğurlu daxili və xarici siyasət aparan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında rəşadətli Milli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsindən, xalqımızın bu qələbədən necə qürur duymasından söz açmışdır. Respublika ağsaqqallarının ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutması xüsusi vurğulanmış, ağsaqqalların həmişə gənclərə örnək olmaqla yanaşı ictimai-siyasi işlərdə fəal iştirak etməsindən söhbət açılmışdır. Qeyd edilmişdir ki, onlar hər zaman rayonun bütün tədbirlərində diqqət mərkəzində saxlanılmış, qayğı ilə əhatə olunmuşlar. Pandemiya dövründə də rayon rəhbərliyi daim ağsaqqalların yanında olmuş, bu gün də eyni diqqəti göstərməkdədir. 44 günlük Vətən müharibəsi dövründə ağsaqqallarımız vətənpərvərlik təbliğatını daha da genişləndirmiş, Vətən müharibəsində Nərimanov rayonundan olan şəhidlərimizin ilk günlərindən yanlarında olmuş, onlara hər cür mənəvi dəstək göstərmişlər. Nərimanov Rayon Ağsaqqallar Şurası tərəfindən Prezidentimizin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi sahəsində də ağsaqqallarımızın qarşısında duran vəzifələr uğurla yerinə yetirilməkdədir.

Daha sonra Respublika Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Eldar İbrahimov ağsaqqalları salamladıqdan sonra tədbir iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış etmişdir. Gündəlikdə duran məsələlər müzakirə olunmuş və yekdilliklə qəbul edilmişdir. Hesabatda rayon Ağsaqqllar Şurasının İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri seçilmişdir.
Vətən Müharibəsi Qəhrəmanı“, şəhid Hümbətov Azad Arif oğlunun atası Hümbətov Arif Məhəmmədəli oğlu yekdilliklə Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə seçilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə tank bölüyü komandiri, baş leytenant Hümbətov Azad Arif oğlu “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Seçkilərdən sonra Eldar İbrahimov Respublika Ağsaqqallar Şurasının tövsiyələrini və qarşıda duran vəzifələri tədbir iştirakçılarının nəzərinə çatdırmış, yeni seçilən heyətə işlərində uğurlu fəaliyyət arzulamışdır.

Nərimanov Rayon Ağsaqqallar Şurasının yeni sədri Arif Hümbətov ona göstərilən bu etimada görə Şura üzvlərinə təşəkkürünü bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tövsiyə və tapşırıqların yerinə yetirilməsi üçün bütün əməyini əsirgəməyəcəyini bildirmişdir. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərinə göstərdiyi diqqət və qayğının ən yüksək səviyyədə olduğunu qeyd edərək onlara öz dərin təşəkkürünü bildirmişdir.

Daha sonra Şura üzvləri qarşıda duran cari məsələri müzakirə etmiş, bir sıra qərarlar verilmişdir.

Yığıncağa Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev yekun vuraraq Vətən müharibəsi nəticəsində əldə edilən böyük Zəfər münasibətilə toplantı iştirakçılarını və yeni seçilmiş üzvləri seçilmələri münasibətilə təbrik etmişdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki