Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb.
Vətəninfo.az xəbər verir ki, sənətçinin 2020-ci ildə “Voice of Turan” (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil olunan böyük konsertdə çıxış etmək üçün dəvət alıb. Kərimbəyova gecədə məşhur “Belə dərd olmaz” və Qazaxıstanda çox sevilən “Ədem AU” nəğməsini iki dildə (azərbaycan və qazax dillərində) təqdim edib. Hər iki mahnı və ümumilikdə Nərminin performansı gələn qonaqlar tərəfindən yüksən dəyərləndirilib.
Ürək açan duyğularla səfərini tamamlayan ifaçı, bildirir ki, bu 6 il ərzində ən azı 5 dəfə Türküstanda müxtəlif dövlət tədbirlərində qonaq qismində səhnə alıb.


























