image-001-17backend

Nəsimi rayonunda Şəhid Həmidağa Hüseynzadənin ailə üzvlərinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

image-reklam_sirab_01

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Şəhid Həmidağa Hüseynzadənin ailə üzvlərinin yaşadığı Asif Məhərrəmov küçəsi 28 saylı binanın həyətində və ətraf ərazilərdə abadlıq-quruculuq işləri aparılıb, binanın giriş hissəsinə Şəhid Həmidağa Hüseynzadənin barelyefi vurulub.
Hazırlanmış layihəyə uyğun olaraq 4 girişli, 5 mərtəbəli Asif Məhərrəmov küçəsi 28 saylı yaşayış binasının fasadı və dam örtüyü təmir olunub, binanın 4 ədəd giriş qapısı və pilləkən qəfəslərinin 16 ədəd pəncərəsi dəyişdirilib, yağış suları axıdan navalça və borular yeniləri ilə əvəz olunub, əlillərin rahat hərəkəti üçün panduslar quraşdırılıb.
Görülmüş işlər çərçivəsində həyətə 2000 kv.m. asfalt örtüyü, 200 kv.m. qazon, 250 kv.m. tamet vurulub, 200 p.m. yeni bardürlər qoyulub, yaşıllıqların suvarılması üçün su xətləri çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, 50 ədəd həmişəyaşıl kollar və ağaclar əkilib.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Həyətdə işıqlandırma sistemi yenidən qurularaq 3 nöqtədə işıq dirəkləri quraşdırılıb, həyətdəki 150 p.m istinad divarları bərpa edilib.
Həyətdə və ətraf ərazidə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri sakinlərin böyük razılığı ilə qarşılanıb, görülən işlərə görə sakinlər ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki