image-01-1backend

Nəsimi rayonunda Şəhid Ruslan Cəfərovun ailə üzvlərinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

image-reklam_sirab_01

 

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır, bu ailələrin qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Şəhid Ruslan Cəfərovun ailə üzvlərinin yaşadığı  H.Seyidzadə küçəsi 28 saylı binanın həyətində və ətraf ərazilərdə abadlıq-quruculuq işləri aparılıb, binanın giriş hissəsinə Şəhid Ruslan Cəfərovun barelyefi vurulub, aprılan yenidənqurma və təmir–bərpa işlərindən sonra həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq 6 girişli, 5 mərtəbəli H.Seyidzadə küçəsi 28 saylı yaşayış binasının fasadı və dam örtüyü təmir olunub, binanın 6 ədəd giriş qapısı və pilləkən qəfəslərinin 24 ədəd pəncərəsi dəyişdirilib, yağış suları axıdan navalça və borular yeniləri ilə əvəz olunub.

Görülmüş işlər çərçivəsində həyətə 1500 kv.m. asfalt örtüyü, 600 kv.m. qazon, 550 kv.m. tamet vurulub, 350 p.m. yeni bardürlər qoyulub, yaşıllıqların suvarılması üçün su xətləri çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, 50 ədəd həmişəyaşıl kollar və ağaclar əkilib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub,yeni basketbol meydançası yaradılıb, müxtəlif növ uşaq oyun elementləri, idman fitnes alətləri və idman qurğuları quraşdırılıb.

Həyətdə işıqlandırma sistemi yenidən qurularaq 4 nöqtədə işıq dirəkləri quraşdırılıb, həyətdəki 150 p.m istinad divarları bərpa edilib.

Həyətdə və ətraf ərazidə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri sakinlərin böyük razılığı ilə qarşılanıb, görülən işlərə görə sakinlər ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki