image-01-25backend

Nəsimi rayonunda Səhiyyə İşçiləri Günü münasibəti ilə video-müşavirə keçirilib.

image-reklam_sirab_01

Rayonda yerləşən səhiyyə müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən video müşavirəni RİH başçısı Asif Əsgərov açaraq səhiyyə işçilərini peşə bayramları günü münasibətilə təbrik etdi, onlara ən xoş arzularını bildirərək çətin və şərəfli işlərində uğurlar arzuladı. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa olundu. Həmin illərdən başlayaraq səhiyyədə ciddi inkişaf dövrü başlandı. Səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirən Ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da tibb sahəsində bir sıra islahatlar həyata keçirildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Səhiyyə İşçiləri Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Müşavirədə vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması, yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlıq təzahürüdür.
Müşavirədə dünyanı bürümüş koronavirus COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan həkimlərinin, o cümlədən rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrində çalışan tibb işçilərinin fədakarlığı xüsusi vurğulandı.
Tədbirdə çıxış edənlər- Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veyisova və Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və digərləri səhiyyə işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-ptrezidenti Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

image-01-25 image-01-21 image-01-20 image-01-17 image-01-9 image-01-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki