Türkiyənin ədliyyə naziri Akın Gürlek İsrailin Baş naziri Benyamin Netanyahu haqqında “soyqırım” cinayəti üzrə aparılan məhkəmə təqibi çərçivəsində qırmızı bülleten (order) ilə axtarışa verilməsinin tələb edildiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki,Nazir A.Gürlek bu barədə “NSosyal” hesabında etdiyi paylaşımda məlumat verib. O, Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan “Qlobal Sumud Donanması” aktivistlərinə beynəlxalq sularda edilən hücumla bağlı məhkəmə prosesinin qətiyyətlə davam etdiyini vurğulayıb.
A.Gürlek bu çərçivədə İstanbul 11-ci Ağır Cəza Məhkəməsinin fəaliyyət göstərdiyini bildirib. Məhkəmə aralarında B.Netanyahu və Afek Moskovitsin də olduğu 35 təqsirləndirilən şəxs barəsində məhkəmə təqibi aparır.
Nazir ifadəsində deyib: “Cinayət işi çərçivəsində B.Netanyahu və Afek Moskovits haqqında soyqırımı cinayətinə görə 2026-cı il 14 iyul tarixində həbs qətimkan tədbiri seçilib. Bu qərarlar doğrultusunda onların beynəlxalq axtarışa verilməsi məqsədilə Ədliyyə Nazirliyimiz tərəfindən qırmızı bülleten dərc olunması Daxili İşlər Nazirliyindən tələb edilib. Müvafiq sənədlər Xarici İşlər Nazirliyinə təqdim olunub.”


























